Xocalı qurbanlarının ailələrinə mənzil verildi

Xocalı qurbanlarının ailələrinə mənzil verildi

Mənzillərdə hər cür şərait yaradılıb.

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə yeni mənzillər verilib.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

“Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrılıb” - deyə, komitə sədri Əli Həsənov soyqırım zamanı hər iki valideyini itirmiş gənclərlə görüşündə qeyd edib.

Daha sonra, gənclərə komitənin Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR