Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi AzTV-də nümayiş olunacaq

Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi AzTV-də nümayiş olunacaq

Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AzTV) saat 20:00-da efirə gedəcək "Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq.

Aktual.az APA-a istinadən xəbər verir ki, filmin ingilis dilində olan versiyasında kadrarxası mətni britaniyalı aktyor, "OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov səsləndirib.


Filmdə Ermənistan nizami ordusunun törətdiyi Xocalı soyqırımının şahidləri olan litvalı hərbi reportyor Riçardas Lapaitis və onun rusiyalı həmkarı Viktoriya İvlevanın faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Filmdə tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanın, Qarabağ erməni separatçı hərəkatının lideri Levon Məlik-Şahnəzaryanın, Xocalıya hücum əməliyyatının rəhbəri general Arkadi Ter-Tadevosyan və rus yazıçı və ictimai xadim Yuri Pompeyevin müsahibələri də yer alıb.

Xəbər 1205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR