Xırdalanda mənzildə meyit tapılıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Əliyev Okean Seyfulla oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Aktual.az
Xəbər 345 dəfə oxunub.