Xırdalanda mağazaya qumbara atıldı

Xırdalanda mağazaya qumbara atıldı

Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib.

DİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq aradan çıxıb.
"RQD-5"  markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və "isti izlər"lə saxlanılıb. Araşdırmalarla onun  Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.
Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR