Xırdalan şəhərində qətl hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. O, ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli də məhz qısqanclıq zəminində törətdiyini boynuna alıb.
A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 608 dəfə oxunub.