Xırdalanda 15 yaşlı qızını öldürən Ağdam sakininin məhkəməsi başlayıb - (EKSKLÜZİV FOTO)

Xırdalanda 15 yaşlı qızını öldürən Ağdam sakininin məhkəməsi başlayıb  - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Nəsib Cabbarovun (1964-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Aktual.az xəbər verir ki, ötən il iyulun 20-də Xırdalan şəhərində qətl baş verib. Abşeron RPŞ-nə məlumat daxil olub ki, 15 yaşlı Aygün Cabbarova xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib. Araşdırmaya başlayan polis əməkdaşlarına əvvəl yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Lakin sonra məlum olub ki, qızı qısqanclıq zəmnində atası Nəsib Cabbarov bıçaqla öldürüb. 

İş üzrə dindirilmiş Nəsib Cabbarov əməlini etiraf edib. Onun sözlərinə görə, təxminən 3 ay əvvəl müalicə üçün qızları Suğra və Aygünlə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəlib və bir müddət orada qalmalı olub. Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə, qəzəbinə sahib çıxa bilməyən Nəsib, bıçağa əl atıb. O, səhər saat 8 radələrində bıçağı şkafın qarşısından götürüb və yatmış vəziyyətdə olan qızının sinəsindən iki zərbə endirib : "İkimərtəbəli çarpayı idi. Yuxarıda yatan böyük qızım Suqra görüb dedi ki, ay ata, vurma. Mən isə vurdum”. Cabbarov əməlindən peşman olduğunu bildirib. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış aprelin 4-ə təyin edilib.



Xəbər 702 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR