Xırdalan sakinini eyni yerdə yenə it dişlədi

Xırdalan sakinini eyni yerdə yenə it dişlədi

Xırdalan sakini bu il artıq ikinci dəfə sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, xoşagəlməz hal Xırdalan şəhərində "AAAF park" yaşayış kompleksinin həyətində qeydə alınıb.

Belə ki, itlərdən biri həmin ərazidə yaşayan qadını ayağından yaralayıb. Şikayətçinin sözlərinə görə ötən ay da qadını eyni ərazidə it dişləyibmiş:
"Həkimə apardıq, peyvənd etmədilər ki ötən ay olunandan çox vaxt keçməyib. İtlər buradakı bütün sakinlərin həyatını çətinləşdiriblər. Binanın həyətinə düşmək istəyən yaşlı, gənc, uşaq bilmədən hamıya hücum edirlər", - deyə o bildirib.



Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR