XİN Rusiyanın tanınmış musiqiçilərinin adını “qara siyahı”dan çıxarıb – FOTO

XİN Rusiyanın tanınmış musiqiçilərinin adını “qara siyahı”dan çıxarıb   – FOTO

Rusiyanın tanınmış musiqiçiləri Timur Temirov və Soso PavliaşviliXarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Bu barədə  XİN-in mətbuat xidmətindən bildirilib.

Onlar məktubda Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini, ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

Məlumatda qeyd olunub ki, bir müddət əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə xəbərlər yayılıb. Bundan sonra, onların adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR