Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.
Aktual.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib.
"Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətə uyğun aparır. Həm şaxələndirmə, həm də balanslaşdırma siyasəti elan edilib. Ermənistan qərar qəbul edir və əlavə məlumat olarsa, biz məlumat verəcəyik”, - XİN rəhbərinin müavini qeyd edib.
Qeyd edək ki, Ermənistan KTMT-nin Bişkekdə keçirilən sammitində iştirak etmir, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.
Xəbər 70 dəfə oxunub.