XİN-dən özünü güllələyən şəxslə bağlı - Açıqlama

XİN-dən özünü güllələyən şəxslə bağlı   - Açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı diplomatın İstanbulda özünü güllələməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN sistemində Fəxrəddin Əliyev adlı şəxs işləməyib: “Çox təəssüf edirik ki, belə bir məlumat yayılıb. Yalan və böhtandır. Xarici İşlər Nazirliyində belə adam işləməyib”.

Qeyd edək ki, yayılan məlumatlara görə, yanvarın 22-də Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Bildirilir ki, İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladığı bildirilib.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR