XİN-dən Paşinyanın Laçın postu ilə bağlı fikirlərinə cavab

XİN-dən Paşinyanın Laçın postu ilə bağlı fikirlərinə cavab

Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Çex Respublikasında mətbuat konfransı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.
Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır.
"Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir.
Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR