Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bununla bağlı Türkiyənin müvafiq qurumları vıə Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.