Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Tvitterdə yazıb.
O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:
"Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu bildirib və yolun açılmasını tələb edib.
Xəbər 347 dəfə oxunub.