XİN başçılarının görüş tarixi açıqlanıb ​İranın nüvə proqramı ilə bağlı

XİN başçılarının görüş tarixi açıqlanıb  ​İranın nüvə proqramı ilə bağlı

İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi iyunun 20-də keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb. 

Bu mərhələdə İran və "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin xarici işlər nazirləri görüşəcək.
Qeyd edək ki, iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma sənədi imzalanmalıdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bununla bağlı deyib: "İyunun 30-dək razılaşmanın əldə olunması mümkündür".

Aktual.az

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR