"ABŞ daha əvvəl razılaşdırıldığı kimi İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyəyə HIMARS reaktiv yaylım atəşi sistemini verməyib".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyadakı əməliyyatı ölkə sərhədlərini terrorçulardan təmizlənməyə yönəldilib.