Xəzərin hüquqi statusu haqda danışıqlar bu il uğurla yekunlaşa bilər.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov deyib.
Onun sözlərinə görə, Astanada keçiriləcək sammitdə Xəzəryanı ölkələrin Xəzərin hüquqi statusu üzrə konvensiyanı qəbul edəcəyinə şanslar böyükdür:
"Hər 5 ölkənin siyasi iradəsinin olacağı təqdirdə Konvensiyanın Qazaxıstanda keçiriləcək sammitdə imzalanması mümkündür"
O, həmçinin qeyd edib ki, Xəzəryanı ölkələrin nazirlərinin növbəti görüşü yay aylarında baş tutacaq.