Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.
X. Xələfov bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşünün keçiriləcəyini də deyib. O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.