Xəzərdə boğulan gəncin meyidi tapıldı

Xəzərdə boğulan gəncin meyidi tapıldı

Şüvəlan çimərliyində batan gəncin meyidi tapılıb.

Aktual.az  FHN-ə istinadən bildirir ki, avqustun 16-da Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batan 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub. V.Qədirovun meyidi sudan çıxarılsa da A.Əliyevin meyidini tapmaq mümkün olmamışdı. 

Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR