Xəzər konsorsiumuna hücum çağırışı xəyanətdir

Xəzər konsorsiumuna hücum çağırışı xəyanətdir
  • DÜNYA

Xəzər Boru Kəməri Konsorsiumuna və digər infrastruktura hücumlara çağırış edən və ya sosial mediada bu cür hücumları dəstəkləyən vətəndaşlar Cinayət Məcəlləsinin terrorçuluq təbliğatı və dövlətə xəyanət maddələri ilə məsuliyyətə cəlb olunmalıdır.
Aktual.az xəbər verir ki, bunu Qazaxıstan parlamentinin üzvü Aydos Sarım deyib.
"Bu cür hərəkətlər açıq şəkildə konstitusiya ilə nəzərdə tutulan söz azadlığı hüququndan kənara çıxır və milli maraqlara birbaşa zərər vurur. Hücum Qazaxıstan büdcəsinə zərər verib. Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə illik ixrac gəlirləri təxminən 30 milyard dollar təşkil edir. Bunların üçdə biri Milli Fonda gedir və ölkənin vergi gəlirlərinin təxminən 20%-ni təşkil edir”, - o bildirib.
Xatırladaq ki, Qazaxıstanın neftinin əsas hissəsini ixrac etdiyi Xəzər Boru Kəməri Konsorsiumuna hücum noyabrın 29-u səhər saatlarında Ukraynanın PUA-ları vasitəsilə baş verib. Qazaxıstan hücumu qəbuledilməz və qlobal enerji təhlükəsizliyinə təhdid adlandırıb.


Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR