Xəzər dənizinin səviyyəsi 18 sm azalıb

Xəzər dənizinin səviyyəsi 18 sm azalıb

"Yağıntıların azalması və temperaturun artması nəticəsində Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 18 santimetr azalıb”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub.
"Habelə Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır”, – deyə Mərkəzin sədri vurğulayıb.
Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural (5%) çayları tutur.
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR