Xəzər dənizində daha bir nəfər batdı

Xəzər dənizində daha bir nəfər batdı

Xəzər dənizində bir nəfər boğulub.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 20 iyul 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş, 21 iyul 2016-cı il tarixində 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 8:16-da başa çatıb. 

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR