Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Xəbər 556 dəfə oxunub.