Dənizdə 18 yaşlı qız batıb.
Aktual.az FHN-in saytına istinadən bildirir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-nin xilas olunmalarını təmin ediblər. Digər - 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Abşeron rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.