İsmayıllıda Proflaktik dezinfeksiya şöbəsinin inzibati binasının həyətyanı sahəsində təmizlik işləri aparılarkən yığılmış xəzəlin yandırılması binanın yanması ilə nəticələnib.
Aktual.az "Kanal S"-ə (Region TV) istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Axundov küçəsində qeydə alınıb. Yanğın zamanı sahəsi 201 kvm olan inzibati binanın 6 otağı yanaraq yarasız vəziyyətə düşüb.
Dərhal hadisə yerinə İsmayıllı yanğından mühafizə xidmətinin iki texnikası və əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.