Bəzən özümüzü narahat hiss edəndə, başımızda ağrılar olanda qan təzyiqimizin qaydasında olmadığını düşünürük. Bu zaman isə köməyimizə təzyiq ölçən cihazlar çatır. Amma Sumqayıt şəhərində yaşayan 76 yaşlı Zəkirə Əliyeva qan təzyiqini müasir aparatlarla deyil, özünün icad etiyi üsula ilə yoxlayır. Təzyiqimizi hər iki variantda ölçdük və nəticə eynidir.
54 il tibb bacısı çalışan və hazırda təqaüddə olan Zəkirə xanım deyir ki, keçmiş Sovet dönəmində müasir aparatlar çox az adamın evində var idi. Məhz buna görə də o, fərqli üsulun icadını zəruri hesab edib.
Xətkeş qola açıq şəkildə, başlanğıc hissəsi biləyə, sonu isə qatlanan yerə düşmək şərti ilə qoyulur. Bu prosedur həyata keçirildikdən sonra yalnız qaşları olmayan qızıl üzük sapa keçirilir və xətkeşin sonundan başlayaraq yavaş şəkildə biləyə doğru hərəkət etdirilir. İddia edir ki, bu üsulu daha dəqiq hesab edirlər.//ARB