Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının qərarı ilə F.Sadıqov və Z.Əşrəfova şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
N.Muxtarov isə həbsdə vəfat etdiyi üçün onun barəsində cinayət işinə xitam verilib.
Xəbər 277 dəfə oxunub.