Xətai rayonunda yaşıllıqlar niyə məhv edilir? REPORTAJ+FOTOLAR

Xətai rayonunda yaşıllıqlar niyə məhv edilir?  REPORTAJ+FOTOLAR

Xətai rayonun, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 229/243 ünvanında yaşıllıqlar məhv edilir.

Məlum olduğu kimi, Ukrayna dairəsindən "Əhmədli" metrosuna qədər uzanan yol yaşıllıqla əhatə olunub. Lakin təəssüf ki, ildən-ilə bu yaşıllıqlar yoxa çıxır, həmin ərazidə bir-birinin ardınca ticarət, xidmət və iaşə obyektləri ucalır. Ağaclar isə sahibkarların biznes maraqlarının qurbanına çevrilir.
Hazırda Məhəmməd Hadi küçəsində, Əhmədli metrosu istiqamətində kafelər, ticarət obyektləri, gözəllik salonları və digər ictimai-iaşə obyektləri yaşıllıqların arasında tikilib. Kəsilən ağaclar bir yana, obyektlərin ətrafındakılar da məqsədli şəkildə qurudulur. Belə ki, obyektin ətrafındakı torpaq ərazi metlax örtüyü ilə əhatə olunur və ağacların dibinə də beton tökülür.
Sakinlərin sözlərinə görə, hazırda tikinti gedən ərazidə əvvəllər 50-dən çox həmişəyaşıl ağac olub. Sonradan ərazi hasara alınıb, ağaclar tədricən məhv edilib. Tikintiyə isə 3 ay öncə başlanılıb. Diqət çəkən məqamlardan biri də odur ki, bəzi ağacların gövdəsi hasarın içində, yuxarı hissəsi isə bayırda qalıb. Bu vəziyyət isə ağacların əyiləməsinə səbəb olub. Hasarın müəyyən hissəsi ağacların üzərində qurulduğundan bu da onların qısa zamanda məhv olmasında gətirib çıxaracaq.
Bütün bu qanunsuzluqlara baxmayaraq, tikinti obyektinin üzərindəki məlumat lövhəsində Dövlət Ekspertiziyasının müsbət rəyi öz əksini tapıb.
Ağacların məhv edilib yerində obyekt tikilməsi Bakı üçün ənənəvi hala çevrilib. Təsadüfi deyilki, bu tipli obyektlərə əksər dövlət qurumlar tərəfindən müsbət rəy verilir. Haqqında danışdığımız tikiliyə gəlincə, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi dayandırılıb.
Çəkiliş zamanıda hazırda sözü gedən ərazidə çoxmərtəbəli ticarət obyekti tikildiyindən "plana düşən" ağaclar kəsilib.Hasara alınan obyektin ətrafındakı ağacların yarı hissəsi içəridə yarısı bayırda qalıb.
Qeyd edək ki, sözügedən yarımçıq tikili bir neçə gündür Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.(musavat.com)

Aktual.az

Xəbər 3009 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR