Ermənilərin atəşkəsi pozması nəticəsində 1 nəfər Tərtər sakini dünyasını dəyişib, 2 nəfər yaralanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Bərdə Mərkəzi Rayon Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayeva bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında xəstəxanaya qəlpə yarası alan iki nəfər Tərtər sakini yerləşdirilib:"Tərtər rayon Şıxlar kənd sakini,1958-ci il təvəllüdlü İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır, ona baldır sümüyünün sınığı diaqnozu qoyulub, xəstə gövdə, aşağı və yuxarı ətraflardan qəlpə yaraları alıb və qan itirib. Tərtərin Qaradağlı kənd sakini, 1990-cı il təvəllüdlü, Ramin Rafiq oğlu Əhmədovun isə vəziyyəti normaldır, ona burunun əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Tərtərin Cəmilli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Valeri oğlu Rəhimovun isə xəstəxanaya cəsədi daxil olub".