Xəstəxana Rövşən Lənkəranskinin öldüyünü təsdiqlədi

Xəstəxana Rövşən Lənkəranskinin öldüyünü təsdiqlədi

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.
 
APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.  
 
Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.
 
Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.
 
Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.
 
Polisdən isə xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.
 
R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.
 
İstanbul polisi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu ilə təchiz edilmiş 1 ədəd “Uzi” tapança-pulemyot, 1 ədəd “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb. Bu silahların “Range Rover”dəki şəxslərə aid olduğu bildirilir.
Xəbər 1027 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR