Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilən həkimi 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Aktual.az bildirir ki, bunu Trend-ə Azərbaycan Vəkillər Kollegiyasının üzvi İradə Cavadova deyib.
Onun sözlərinə görə, həkimin xəstənin bir ayağın yerinə başqasını kəsməsi sırf həkim səhlənkarlığıdır.
Hüquqşünas qeyd edib ki, xəstəni əməliyyat edən şəxs həkim səhlankarlığına görə cinayət məsuliyyəti daşıyır. Lakin bununla yanaşı, ona qarşı digər tədbirlər də görülməli və bir çox məsələlər araşdırılmalıdır: "Araşdırılmalıdır ki, həmin şəxs həkim işləyə bilər, ya yox. Əgər o, həkim kimi sertifikasiyadan keçibsə, o, bundan necə keçib, onun hansı savadına güvənilib. Həkim hansı vəziyyətdə olub ki, bir ayağıının yerinə başqa ayağı kəsilib. Bütün bu hallar ciddi şəkildə araşdırılmalıdır. Ümid edirəm ki, Səhiyyə Nazirliyi buna ciddi bir münasibət bildirməlidir. Bu, çox ciddi bir məsələdir".
Xatırladaq ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində sol ayağının kəsilməsi üçün diaqnoz qoyulan şəkərli diabet xəstəsi Tərlan Əliyevanın səhvən sağ ayağı kəsilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: "Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
V.Kərimov xəstənin ayağını səhvən kəsdiyini etiraf edib.