Xəstənin sağlam ayağını kəsən həkim: "Sağla solu səhv saldım"

Xəstənin sağlam ayağını kəsən həkim:

Bakıda səhvən xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov azvision.az-a açıqlama verib.

Həkim əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib: "Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqeranaya uğrayıb. Xəstəyə baxılan zaman bildirildi ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə bildirmişdim ki, digər ayağı da 3-4 günə amputasiya olunmalıdır".

V.Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirildiyini bildirib.

"Xəstə təcili əməliyyat olunmalı idi. Təcili kəsiləsi ayağı kəsməliydik. Xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm. Xəstənin, onsuz da, hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqerana olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. İndiyədək heç bir xəstəm məndən narazılıq etməyib. Sadəcə, tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin".

60 yaşı olduğunu deyən Valeh Kərimovun sözlərinə görə, xəstənin qızları onun üstünə hücum edirlər. "Xəstənin qızları üstümə hücum çəkirlər. Şəkərim qalxıb, özümü narahat hiss edirəm. Müstəntiq mənə zəng etdi. Dedim ki, xəstənin yaxınları olan yerə çağırmayın. Başqa yerə çağırın, gəlim ifadə verim. Onlar da razılaşdılar".

Qeyd edək ki, səhvən ayağı kəsilən xəstə diabet xəstəsi olan Tərlan Əliyevadır.

Faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova azvision.az-a bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: "Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmaların nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR