"Xəstənin cüt orqanlarında bu cür şeylər ola bilir"


Bakıda həkim xəstənin səhvən qanqrena verən yox, sağlam ayağını kəsib

Bundan sonra xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov mətbuata bildirib ki, xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm.

Aktual.az xəbər verir ki, baş verən bu biabırçılıqla bağlı tibbi ekspert, Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.Az-a danışıb:

"Bu, həkimin peşakarlığına aid bir məsələ deyil. Bəli bu bir texniki xətadır. Əlbəttə belə bir hal olmamalı idi. Hər yerdə belə bir şey ola bilir.

Xəstənin cüt orqanlarında bu cür şeylər ola bilir. Hətta bu ABŞ-da da ola bilər. Sadəcə olaraq həkimlər və tibb personalı diqqətli olmalıdır. Çünki bu insan taleyi ilə bağlı məsələdir. Ürək açan fakt deyil. Nə edə bilərik ki, bu baş verə bilir".

Adil Qeybulla Salyan rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisi kəsilməsi nəticəsində şüşə altında saxlanılan 3 körpədən ikisinin oksigen çatışmazlığından ölməsi barədə bildirdi ki, həmin uşaqların valideynlərinin verdiyi rəylə xəstəxanın verdiyi rəy fərqlidir. Ekspertizadan sonra bunu demək olar.

Deyilir ki, küvez elektriksiz işləyə bilər, ancaq bu mümkün deyil. Cihaz elektriklə işləyir. Küvezdə nəmişlik, tempuratur rejimi, oksigen təchizatı hamısı elektriklə həyata keçirilir. Bu baxımdan da elektrikin kəsilməsi faktı varsa buna diqqət olunmalıdır.

Səhiyyədəki neqativ hallarla bağlı danışan tibb eksperti dedi ki:

"Bunlar hamısı yerli məsuliyyətsizlikdəndir. Səhiyyənin maddi texniki bazasının möhkəmləndirilməsi uğrunda xeyli iş görülüb. Rayonlardakı və Bakıdakı xəstəxanalara yeni avadanlıqlar alınıb. Bütün bunlardan səmərəli istifadə məsələsi var. Düşünürəm ki, bunun yolu icbari tibb paketinin həyata keçirilməsindən keçir ki, bu neqativ məsələlər də aradan qalxa bilsin".

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR