Xərçəngdən qorunmaq istəyən qadınlar oxusunlar

Xərçəngdən qorunmaq istəyən qadınlar oxusunlar

“Yumurtalıq kistası şiş törəməsidir və çox zaman xoşxassəli olur”.

Bu sözləri Aktual.az-a danışan Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnsitutunun mama-ginekoloqu, Fransa təhsilli cərrah İlahə Quliyeva söyləyib.

Onun sözlərinə görə, yumurtalıq kistaları bütün yaş dövrlərində yarana bilər:

“Bütün yaş dövrlərində yarana bilən bu yumurtalıq kistalarına əsasən reproduktiv dövrdə daha çox rast gəlinir (yeniyetməlikdən menopauzayadək) .

2 tip kistalar yarana bilər :

1. Funksional kistalar
Ən çox rast gəlinən formadır, əsasən cavan qadınlarda yaranır.

Bu kista normal yetişmiş follikuldur ki, partlayıb yumurtahüceyrəni azad etmək əvəzinə, böyüyərək ölçüsünü artırır. Bu tipli kistalar hər aybaşı siklində requlyar yarana bilir.

2. Orqanik kistalar

Buna həmçinin "əsl kista" da deyilir. Bir neçə növü var :

Dermoid kistalar (tərirkibində dəri, diş, sümük, tük ,piy
elementləri olur)

Seroz kistalar (maye tərkiblidirlər)

Musinoz kistalar (qatı möhtyyatlıdırlar)

Endometriomalar (tərkibi köhnə qanla dolu olub " şokolad
kista" kimi də tanınırlar) və s.

Hamiləlik zamanı rast gəlinən kistalar

Çox zaman hamiləliyin 1-ci trimestrində yaranır, sarı cism kistasi adlanır ki, bu da hamiləliyin saxlanılmasına xidmət edən progesteron hormonu sintez edir.

Yumurtalıq xərçəngi

Xoşbəxtlikdən kistalara nisbətdə daha az rast gəlinir.

Yumurtalıq xərçəngi qarnın həcminin artması, irihəcmli kistanın olması və ya qarın boşluğuna maye toplanması, yorğunluq, çəki itirmə kimi əlamətlətlə özünü biruzə verir.

Nə zaman həkimə müraciət etməli?

Qarının aşağı nahiyyəsində (çanaqda) ağrı hiss etdikdə və əsasən ağrıların bel nahiyyəsinə və aşağı ətrafa yayılması zamanı.

Həmçinin cinsi əlaqə zamanı ağrı hiss etdikdə də mütləq ginekoloqa müraciət etməyiniz məsələhətdir.

Aybaşı sikli qeyri-müntəzəmdir, bəzən aybaşıdan kənar dövrdə qanaxmalar olursa və ya aybaşının uzun müddətli olması zamanı .

Səsiniz kobudlaşırsa və gur tüklənmə müşahidə edirsinizsə.

Sidiyə gedəndə narahatlıq olursa (sidik kisəsi iri həcmli kista ilə
sıxıldığına görə).

Hamilə qala bilmirsinizsə (Ovulyasiya getmədiyinə görə ).

Bəzən kistalar təsadüfi olaraq ginekoloji müayinə və ya ultrasəs müayinəsi zamanı aşkarlanır.

Yumurtalıq kistalarının yaratdığı əsas fəsadlar yumurtalıq burulması və ya kista partlamasıdır : Bu özünü bir tərəfli kəskin ağrıların yaranması, ürək bulanma, qusma, avazıma ilə biruzə verir. Bu tablo xəstəni təcili olaraq hospitalizasiya etmək və təcili cərrahi əməliyyat etməyə səbəb olur. Əlbəttə ki, bu əməliyyatları açıq, kəsikli üsulla deyil, kəsiksiz, qapalı, tam estetik olan Laparoskopik üsulla əməliyyat edirik. Bu üsulun açıq üsuldan üstünlüyü kəsik olmadığından qarnın ön divar elementləri cərrahi travmaya məruz qalmır və nəticədə xəstələr tam estetik, çapıqsız, ağrısız olub əməliyyatdan sonra əmək qabiliyyətlərini tez bərpa edirlər.

Müalicəsi

Funksional kistalar

Funksional kistalar çox zaman spontan sorulurlar. Əgər sorulmurlarsa :

Estroprogestativ həblər xəstələrə təyin olunur və 2-3 aydan sonra kontrol ultrasəs müayinəsinə dəvət edilirlər ki, kistanın sorulmasını dəqiqləşdirə bilək.

Orqanik kistalar

Orqanik kistalar heç bir zaman sorulmurlar. Əgər fəsaddan şübhələnilirsə, mütləq olaraq kista çıxarılmalı,xaric edilməlidir. Əsasən Laproskopik üsuldan istifadə edilməlidir.

Xərçəng

Xərçəngdən şübhələnilirsə, əməliyyat açıq üsulla aparılmalı, Extemporane analiz (əməliyyatın gedişi zamanı törəmənin patohistoloji müayinəsi) aparılmalıdır. Əgər diaqnoz təsdiqlənərsə, onda uşaqlıq, yumurtalıqlar və borular da götürülməli və əksər zaman kimyəvi dərman terapiyası ilə müalicə olunmalıdır.

Hamiləlik zamanı kistalar

Hamiləlik zamanı rast gəlinən sarı cism kistalarını əməliyyat edərək, götürmək olmaz, çünki bu kistalar hamiləliyi qoruyub saxlayan progesteron hormonu sintez edir.

Dr.İlahə Quliyeva ilə əlqaqə. Tel 050 365 80 90

// Aktual.az

Xəbər 28540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR