Son illər sürətlə çoxalan və bütün dünyanı bürüyən şiş xəstəliyinə yoluxanlar arasında dövlət rəhbərləri, hökumət başçıları da yer alır.
Təsadüfi deyil ki, dünyanın nə az-nə çox, düz beş prezidenti xərçəng xəstəliyindən əziyyət çəkir.
İndiyə qədər xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişənləri və bəzilərinin bu xəstəliyi gizlətməsini nəzərə alsaq, siyahının artacağı da istisna olunmur.
Aktual.az xərçəng xəstəliyindən əziyyət çəkən ölkə başçılarının siyahısını təqdim edir.
Bu məqamda xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy ölkəyə rəhbərlik etdiyi dövrdə olmasa da, sonradan prostat xərçənginə tutulub və məhz elə bu səbəbdən də dünyasını dəyişib.
Rusiya prezidenti Vladimir Putinin mədəaltı vəzin bədxasssəli şişindən əziyyət çəkdiyi deyilir. Bu məlumat rəsmi Kreml tərəfindən etiraf olunmasa da, dünyanın aparıcı nəşrlərində vaxtaşırı olaraq tirajlanır.
Venesuela prezidenti Uqo Çaves uzun müddət xərçəng xəstəliyindən müalicə olunsa da, təxminən iki il öncə dünyasının dəyişib.
Ermənistan prezidenti Serj Sərkisyanın leykozdan əziyyət çəkdiyi, lif hüceyrələri ilə müalicə aldığı iddia olunur. Ermənistan mətbuatı ilə yanaşı Cənubi Koreya və digər dövlətlərin nəşrlərində bununla bağlı informasiya yayılıb. Rəsmi Yerevan bu məlumatları təsdiq etməyib.
Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzində olan xərçəngdən əziyyət çəkdiyi məlum olub.
Bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya qədər olub. Onların sırasında Braziliya lideri Dilma Ruzef, Argentina prezidenti Kristina Fernandez de Kirçner, Paraqvay prezidenti Fernando Luqo da var.
Misirin devrilmiş diktator prezident Hüsnü Mübarəkin də müayinə zamanı xərçəng xəstəsi olduğu üzə çıxıb. Ona “V dərəcəli xərçəng” diaqnozu qoyub.
/ Aktual.az