Xərçəng olan aktrisa: "Həkim nəzarətindəyəm"

Xərçəng olan aktrisa:

Xərçəngdən əziyyət çəkən aktrisa Kəmalə Müzəffərli həkim nəzarətindədir. 

Aktual.az  axşam.az-a istinadən bildirir ki, aktrisa "10-dan sonra" verilişinə açıqlamasında bildirib ki, bir neçə dəfə əməliyyat olunub:

"Birdən sənə zəng edib deyirlər ki, dəri xərçəngisən. Həmin gün çox pis hala düşdüm. On ildir dərimdə qüsur olması ilə bağlı kompleks yaşayırdım. Eşidəndə xərçəngdir sarsıldım. Bu xırda problem üçün həkimə müraciət etmişdim, əməliyyat olunmuşdum. 3 ildən sonra dərimdəki problem böyüdü, yenə həkimə getdim və xərçəng olduğu deyildi. 

Əməliyyatlarla bağlı rol aldığım "Vicdan haqqı" serialının çəkilişləri də bir müddətlik dayandı. Hazırda həkim nəzarətindəyəm. Əgər yenidən olsa, yenə kiçik əməliyyat keçirəcəm".
 
Aktual.az
Xəbər 778 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR