Xarkovda “Roshen” fabrikinin mağazasında partlayış baş verib

Xarkovda “Roshen” fabrikinin mağazasında partlayış baş verib
  • DÜNYA

Bu gecə Xarkovda “Roshen” fabrikinin mağazasında partlayış baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin saytında məlumat yerləşdirilib. Hadisə gecə saatlarında “Dafi” ticarət-əyləncə mərkəzindəki pavilyonda qeydə alınıb. Partlayış nəticəsində şüşə qapı və vitrinlər qırılıb. Ölən və xəsarət alanlar olmayıb.

Şahidlərin bildirdiyinə görə, hadisədən bir qədər əvvəl onlar mərkəz yaxınlığında üzərinə “Ukrayna” yazılmış narıncı rəngdə gödəkcə geyinmiş adam görüblər.

Qeyd edək ki, “Roshen” Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus böyük qənnadı fabrikidir.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR