Xarici vətəndaşların orduda hərbi xidmət keçməsinə icazə verildi

Xarici vətəndaşların orduda hərbi xidmət keçməsinə icazə verildi

Ukrayna prezidenti Pyotr Poroşenko "Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qaydaları"nın təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.


Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna prezident administrasiyasının mətbuat xidmətindən deyilib.

Qaydaların qüvvəyə minməsi xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunması üçün könüllülük əsasında, vicdanla Ukrayna Silahlı Qüvvələrində borclarını yerinə yetirməsinə imkan verəcək .

Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR