Ölkədəki iqtisadi durumla bağlı nikbinəm. Xalqımı əmin etmək istəyirəm ki, xarici valyutalar artmayacaq.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasının canlı efirində bəyan edib.
O bildirib ki, İran hökuməti maliyyə bazarında sabitliyin qorunması istiqamətində lazımı addımlar atacaq.
Qeyd edək ki, ötən həftə İranın milli valyutası dollara nisbətdə xeyli ucuzlaşaraq, tarixi minimumu yeniləyib.
Aktual.az
Xəbər 588 dəfə oxunub.