Xarici ticarət dövriyyəmiz kəskin azaldı – Səbəb

Xarici ticarət dövriyyəmiz kəskin azaldı – Səbəb

2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455 milyon dollar təşkil edib.
Aktual.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb:
"Belə ki, "Brent” markalı neftin bir barrelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, builki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi, neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb.
Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi üçün ümumi ticarət dövriyyəsində azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.
Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR