Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə bu il dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 1 əcnəbi tutulub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mərbuat Mərkəzindən verilən məlumata görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Qeyd olunub ki, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb.
Qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyi də diqqətə çatıdırlıb.