Bu gün Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində XİN rəhbərlərinin görüşü keçiriləcək.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Brüsseldə baş tutacaq görüşdə Avropa İttifaqının üzv dövlərtləri və Birliyin 6 Şərqi Avropa tərəfdaşı – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edirlər.
“Şərq tərəfdaşlığı” proqramı üzrə görüşün iştirakçıları Avropanın qonşuluq siyasətində etdiyi dəyişikliklər fonunda proqramın inkişafını, həmçinin bu formatda 2017-ci sammitinə hazırlığı müzakirə edəcəklər.