Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova yeni filmə dəvət alıb.
Bu barədə aktual.az-a müğənninin özü məlumat verib. Məlahət Abbasova deyib ki, “Hüzur sokağı” adlı yeni serialda 8 bölüm rol aldıqdan sonra hazırda yeni filmə hazırlaşır: “Detallar barədə yalnız 10 gündən sonra tam məlumatlı olacağam. Bircə onu deyə bilərəm ki, yeni işim serial deyil, film olacaq”.