Bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan (SOFAZ) xaricdə təhsil proqramına ayrılan məbləğ açıqlanıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 29,3 milyon manat xərclənəcək.
Məsələ Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.
Aktual.az Xəbər 454 dəfə oxunub.