Mən Ağdamdan keçməklə "Dağlıq Qarabağ”a (Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına – red.) humanitar dəhlizin verilməsi məsələsini müzakirə etməmişəm, çünki belə bir məsələni müzakirə etməyə nə ehtiyacım var, nə də mandatım. Amma 10 noyabr bəyanatını imzalayanlardan biri kimi "Laçın dəhlizi” məsələsini müzakirə etmək mandatım var.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan bildirib ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin Ağdamdan keçməklə Qarabağa (ermənilərin yaşadığı əraziyə - red.) "humanitar dəhliz” verilməsi təklifinin vacibliyi ilə bağlı bəyanatı onun üçün sürpriz olmayıb:
"Vəziyyətin nizamlanması beynəlxalq ictimaiyyət üçün deyil, ilk növbədə Ermənistan və "Dağlıq Qarabağ” üçün lazımdır. Beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağ” ətrafındakı vəziyyətin həlli üçün addımlar atır və mövqe bildirirmi? Bəli. Avropa Şurası bu mövzuda qətnamə qəbul etdi, ATƏT-in Daimi Şurasının son iclasında bir çox ölkələr birmənalı mövqelərini bildirdi, Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi. Bu səylər kifayət edirmi? Yox. Yəni problemi həll etmək üçün bizim nələrsə edə biləcəyimizin beynəlxalq ictimaiyyətə lazım olduğu haqda düşüncə yanlışdır”.
Xəbər 292 dəfə oxunub.