Xankəndidəki parad dönməzliyin əlamətidir - Korotçenko

Xankəndidəki parad dönməzliyin əlamətidir - Korotçenko

Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.
Aktual.az xəbər verir ki, bu barədə "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko bildirib.
"Rusiyanın ekspertlər icması, on milyonlarla Rusiya vətəndaşı adından Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın tarixində möhtəşəm bir hadisə və Azərbaycan xalqının arzularının yerinə yetirilməsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan güclü, effektiv, gələcəyə baxan müasir dövlətdir", - Korotçenko bildirib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və sentyabrın 19-20-də Qarabağdakı antiterror tədbirləri zamanı Azərbaycan Ordusu öz effektivliyini nümayiş etdirib:
"Azərbaycan Prezidenti, Ali Baş Komandan strateji uzaqgörənliyin zəfərini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən hərbi parad ötən vaxt ərzində baş verən dəyişikliklərin sarsılmaz olmasının təzahürüdür. Bu hərbi parad Azərbaycanın suverenliyinin dönməzliyinin əlamətidir. Ölkənin suverenliyinə qəsd etmək fikrinə düşən hər hansı təcavüzkar darmadağın ediləcək".
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm də nüfuzlu rəqibləri var.
"Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik, amma Qələbə və Azərbaycanın səmərəli dövlət quruculuğu modeli ilə müqayisədə onlar, sadəcə kölgədə qalır və yox olurlar. Əminəm ki, görkəmli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan yalnız uğurlara və gələcəyə doğru irəliləyişə layiqdir", - deyə İ.Korotçenko vurğulayıb.
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR