İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.
Aktual.az xəbər verir ki, səhər saat 8:00-da məntəqə açılıb.
Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.
14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.
Müşahidəçilər səsvermə prosesini izləyir.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
***
Xankəndidə seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər 2361 nəfər səs verib, 30,25% seçici fəallığı var.
Xəbər 280 dəfə oxunub.