Xankəndidə 7-ci ADA Siyasi Forumu başlayıb - FOTO

Xankəndidə 7-ci ADA Siyasi Forumu başlayıb - FOTO

Azərbaycanın Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilən "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu başlayıb.
Aktual.az xəbər verir ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində "Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.
"Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.
Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.(apa)



Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR