Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi-Bakı ultra marafonu başlayıb.
Aktual.az xəbər verir ki, iştirakçılar "Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar.
Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır.
Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var. Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
Xəbər 216 dəfə oxunub.