Xanımı ilə gündəmə gələn səfir işdən çıxarıldı

Xanımı ilə gündəmə gələn səfir işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Elman Hidayət oğlu Zeynalovu Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən səfir bir müddət öncə həyat yoldaşı Nəzirə Zeynalovanın polisə rüşvət təklif etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Xatırladaq ki, həmin xəbərdə səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi qeyd edilmişdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılmağı bildirilirdi.

Eks-səfir Elman Zeynalov isə bu məlumatları əsassız adlandıraraq xanımının polisə 500 avro yox, sadəcə 50 avro Yeni il hədiyyəsi verdiyini qeyd etmişdi.

Aktual.az

Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR