UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan "Nyukasl" - "Qarabağ" matçından öncə (3:2) maraqlı hadisə yaşanıb.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, görüşün İngiltərə üzrə yayımçısı "Prime video" platformasının reportyoru Aleks Aljo Ueyn Runi ilə müsahibə zamanı ayaqqabılarını çıxarmağa məcbur edilib. Oyundan əvvəl baş tutan canlı reportaj zamanı o, yaş ot örtüyün üzərində yalnız ağ corablarla dayanıb.
34 yaşlı jurnalist "Sent Ceyms Park" stadionundakı qarşılaşmaya hündür dabanlı çəkmələrlə daxil olmaq istəyib, lakin örtüyə zərər verməmək üçün buna icazə verilməyib.
"İzah edə bilərəm, ayaqqabımın dabanları bu gözəl meydanı zədələyə bilərdi. İndi isə corablarım tamamilə islanıb”, - deyə aparıcı zarafat edib. Runi isə sadəcə gülümsəyib
Xəbər 45 dəfə oxunub.